“ABŞ prezidenti Cozef Bayden və Konqresdəki Demokratlar ölkədə yüksək qaz və ərzaq qiymətləri ilə orta sinfi əzərək, ölkədə qaçaq inflyasiyaya təkan verdilər”.
SİA “rambler”ə istinadən xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəhbəri, respublikaçı Donald Tramp səsləndirib.
“…Bayden və Konqresdəki Demokratlar qaçaq inflyasiyaya səbəb oldular, bu gün ölkədə təchizat fəlakəti var. Belə ki, bir azdan Siz mağazalarda boş qalmış rəflərdə heç nə görməyəcəksiniz”-deyə Tramp bildirib.
Onun sözlərinə görə, demokratlar Amerika enerjisinə müharibə elan ediblər, məhz elə bunun nəticəsiir ki, bu gün orta təbəqə qaz və ərzaq üçün ən yüksək qiymətlər qarşısında əzilməkdədir.
Qeyd edək ki, Tramp Baydeni ABŞ-dakı böhranın əsas günahkarı kimi görür.
“…Bu gün ölkəmiz nə baş verdiyini bilməyən bir prezident tərəfindən alçaldılır. Hazırkı prezident nə etdiyini və nə dediyini bilmir”– deyə Amerikanın keçmiş rəhbəri bəyan edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Baydenin Rusiya prezidenti Putinin ünvanına səsləndirdiyi “qəssab”, “qanlı diktator” və “quldur” kimi ifadələri də Tramp ona irad tutub.
Yeri gəlmişkən qeyd edək ki, bir mddət bundan əvvəl “The American Conservative” jurnalının müəllifləri qeyd ediblər ki, Baydenin belə sözlərinə görə ABŞ itkilərə məruz qalır.
Onu da xatırladaq ki, vaxtilə Trampın müavini olmuş Mayk Pens Baydeni ABŞ tarixinin ən pis lideri adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB