Yeni baş nazir seçkiləri aprelin 11-də keçiriləcək

Yeni baş nazir seçkiləri aprelin 11-də keçiriləcək

Beləliklə, Pakistan parlamenti aprelin 11-də ölkənin yeni baş nazirinin seçilməsi üçün səsvermə keçirəcək.

SİA bu barədə rus mətbuatına istinad edir.

Amma məsələ bundadır ki, ölkə prezidenti hələ ki, İmran Xana müvəqqəti hökumət başçısı təyin olunana qədər baş nazir kimi fəaliyyətini davam etdirmək barədə yazılı göstəriş verməyib. Buna baxmayaraq, Xan ölkə konstitusiyasında nəzərdə tutulduğu kimi, şifahi əmrlər əsasında işini davam etdirəcək.

Qeyd edək ki, bu həftənin əvvəlində baş nazir Xan əsas koalisiya tərəfdaşlarının dəstəyini itirdiyi üçün parlament çoxluğunu da itirdi. Müxalifət Xanı səmərəsiz iqtisadi idarəçilik və korrupsiyada ittiham edir.

Xan özü bildirib ki, onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinin arxasında ABŞ dayanır. O, xüsusilə Pakistanın ABŞ-dakı səfiri vasitəsilə təhdid mesajları aldığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə