Başqa yol yoxdur... Zelenski Qərbə üz tutdu

Başqa yol yoxdur... Zelenski Qərbə üz tutdu

Sual, təbii ki, elə də yeni sual deyil, amma aktualdır, görən Ukrayna-rus münaqişəsi gündəlik nə qədər xərc tələb edir? Məsələ bundadır ki, Vladimir Zelenski bu gün də silah çatışmazlığından gileylənib. Nə etmək olar, təbii ki, ümid yeri kimi yenə də Qərbə üz tutulacaq.

SİA bu barədə “Ura.ru” saytına istinad edir.

“Əlbəttə, bu kifayət deyil”, - deyə dövlət başçısı Qərb ölkələrinin Ukraynaya xüsusi əməliyyatda kifayət qədər kömək edib-etmədiyi ilə bağlı suala cavab verərkən bildirib.

Eyni zamanda o, Ukrayna hakimiyyətinin ölkədəki vəziyyətin diplomatik yolla həlli imkanlarını da itirmək istəmədiyinə eyham vurub.

Prezidentin sözlərinə görə, Ukrayna Rusiya tərəfi ilə danışıqları davam etdirməyə hazırlaşır, ona görə ki, onlar üçün mövcud vəziyyətdən yeganə çıxış yolu budur: “Bu gün Ukraynanın danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur”, - deyə Zelenski etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə