Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib ki, hakimiyyət Pentaqonla ABŞ-ın ölkədəki hərbi bazalarından mümkün istifadəni müzakirə etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, o, bu barədə “DenikN” nəşrinə müsahibəsində bildirib.
Müdafiə Nazirliyi rəisinin sözlərinə görə, aprelin ikinci yarısında danışıqlar aparıla bilər. O hesab edir ki, Çexiya ABŞ-a bu yaxınlarda hərbi qüvvələri yerləşdirməyə icazə verən Slovakiyadan nümunə götürə bilər. "Mən konkret təfərrüatlar haqqında danışmaq istəmirəm, amma düşünürəm ki, hansısa sazişin hazırlanması bizim üçün vacib olardı", - Çernoxova izah edib.
Çexiyanın baş naziri Petr Fiala da bildirib ki, hökumət Ukraynadakı münaqişə fonunda ölkənin təhlükəsizliyini gücləndirmək üçün bütün imkanları nəzərdən keçirir, CTK xəbər agentliyi yazır. O, təsdiqləyib ki, ABŞ-la müdafiə sahəsində mümkün saziş Çexiya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB