...“Halal olsun”,.. Ramzan Kadırova deyirəm...Özündən müşdəbeh rus generallarının görə bilmədiklərini o tək “bacarır”. Hər sahədə özünü “fəda” edir. Budur, yenə də gündəmdədir. Mariupoldakı “Azovstal” zavodunda əcnəbi muzdlular yığnağı olduğu barədə mühüm bir məlumat yayıb. Sübutu da var: əsir götürülmüş ukraynalı əsgər. Belə ki, ukraynalı əsgər hər şeyi etiraf edib deyə, Çeçenistan rəhbəri də bunu öz Telegram kanalında yayımlayıb.
SİA bu barədə “rambler” saytına istinad edir.
Beləliklə, yenə də Kadırovun sözlərinə görə, hazırda “Azovstal” zavodunda 200-300 əcnəbi gizlənib. (...təbii ki, bu işdə Kadırov varsa onlar qorxudan gizlənməyə məhkumdurlar)
Deyilənə görə, bunlar hələ muzdluların hamısı deyil, təxmini hesablamalara görə onların sayı 1500-2000 nəfər olmalıdır.
Maraqlıdır ki, əsir düşən ukraynalı əsgər elə qorxub ki, hətta Ukraynaya gələn muzdluların hansı ölkədən gəldiyini belə unudub.
Deyilənə görə, Kadırov Mariupolda "gizlənən" Azov yaraqlılarına könüllü təslim olacaqları təqdirdə Hollivudda gözəl həyat vəd edib. Lakin hələ ki, onlardan səs-soraq yoxdur. (...bəlkə də inanmırlar, ya da Ramazanın "zəhmindən qorxurlar) Amma deyim ki, Kadırov bütün bunlara baxmayaraq, ruslar üçün mühüm məlumat əldə edə bilib: deməli, “Azovstal” zavodu millətçilər tərəfindən qərargah və bunkerli qala kimi istifadə olunur. Doğrudan da, çox mühüm məlumatdır, amma...
...Maraqlıdır ki, Suriyada Rusiya tərəfində döyüşmək üçün “növbəyə dayanan” 16 minlik “könüllü”dən niyə indiyə qədər xəbər yoxdur?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB