Ruslar Belarusda bazar açıb... oğuluq mal satırlar?

Ruslar Belarusda bazar açıb... oğuluq mal satırlar?

...Bu dəfə Ukrayna saytları yazır: doğru və ya yalan olduğuna özünüz qərar verin...

Beləliklə, Sumı vilayətinin Trostyanets şəhərinin bir aylıq işğaldan sonra bərpa olunduğu deyilir.

SİA bu barədə “UNİAN” saytına istinad edir.

Saytın yazdığına görə, Trostyanetsi qoyub qaçan rus həbçilərindən biri qaçarkən gündəliyini itirib. Ukraynalılar isə bunu onun özü ilə o biri dünyaya apara bilməməsi ilə əlaqələndirirlər.

Beləliklə, yerli deputatı Aleksey Qonçarenko teleqramında həmin gündəlikdən bəzi hissələri paylaşıb. Buyurun, Siz də tanış olun...

...Deməli, gündəlikdə rusiyalı etiraf edir ki, rus ordusu Ukraynada, xüsusən də ələ keçirdikləri ərazilərdə özlərini faşist kimi aparır, dükanları qarət edir, pəncərələri sındırır, gördüyü hər şeyi talayırlar. O yazır ki, yerli əhali onlardan qorxur və nədənsə onları işğalçı adlandırır.

Ancaq qeydlər ən maraqlı yerdə qopur və niyə? Müəllif qaçıbsa, niyə gündəliyini götürməyib?

Yeri gəlmişkən, daha maraqlı bir nüans. Belə ki, bundan əvvəl Ukrayna kəşfiyyatı məlumat gətirib ki, guya ruslar Belarusda Ukraynadan oğurladıqları malları satmaq üçün xüsusi bazar açıblar və orada təkcə dövlət mağazalarından deyil, həm də fərdi şəxslərdən taladıqları malları satırlar. Qeyd edək ki, xəbərdə ukraynalılara məxsus oğurlanıb satılan malların çeşidi barədə də məlumat verilir: soyuducudan tutmuş baş sancağı və uşaq əmziyinədək... Deyirlər, bizim o "bit bazarı" kimi, nə desən var.

Deyilənə görə, guya rus hərbçiləri ukraynalılardan oğurladıqları valyutanı – dollar və avronu dəyişdirməyə çalışırlar...

...Bunu da Ukrayna saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə