Qərb hər vəchlə Rusiyanı dünyanın gözündə şeytan kimi qələmə verməyə çalışır. Amma məqsəd başqadır, yəni əslində bunlar diqqəti Bioloji və Toksin Silahlar Konvensiyasından irəli gələn öhdəlikləri pozmaqdan yayındırmağa hesablanıb. Deyim ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Newsweek”ə bildirib.
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Səfir onu da qeyd edib ki, Qərb dövlətləri Ukraynanı silah və sursatla təmin etməkdə davam edir və bununla da daha qan tökülməsinə şərait yaradırlar.
“...Biz xəbərdarlıq edirik ki, bu cür hərəkətlər təhlükəli və təxribat xarakterlidir, çünki onlar dövlətimizə qarşı yönəlib”-deyən Antonov bütün bunların ABŞ və Rusiya Federasiyasını birbaşa hərbi qarşıdurma yoluna çıxara biləcəyindən ehtiyatlanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB