Əgər Qərb Kiprə “görüm-baxım” edəcəyi təqdirdə, bu ölkə arsenalında qalıb “pas atan” bütün “Tor” və “Buk” zenit-raket komplekslərini, həmçinin T-80 tanklarını, piyada döyüş maşınlarını Ukraynaya verməyə hazırdır.
SİA-nın məlumatına görə, bu barədə “Forbes” məlumat yayıb.
Beləliklə, nəşrin yazdığına görə, Kipr prezidenti Nikos Anastasiades bu məsələ ilə bağlı ABŞ-ın tələbinə müsbət cavab verib və danışıqların davam etdirilməsi üçün artıq yaşıl işıq yandırıb.
Qeyd edək ki, hazırda Kiprdə 1990-cı illərin ikinci yarısı və 2010-cu illərin əvvəllərində Rusiyadan alınmış əlliyə yaxın T-80 tankı var.
Nikosiya, hətta Ukraynada müharibə başlamazdan əvvəl belə sovet silahlarından yaxa qurtarmağa, onları keyfiyyətcə adekvat və ya üstün Qərb istehsalı olan silahlarla dəyişdirməyə hazır olduğunu bəyan etmişdi.
Niyə? Çünki Kipr anlayır ki, ruslara tətbiq edilən sanksiyalara görə, ölkəsində olan rus texnikasını yaxın on ildə ehtiyat hissələri və xidmət avadanlıqları ilə təmin edə bilməyəcək. Ona görə də, bizlırdə deyildiyi kimi, “dəyər-dəyməzinə də olsa”, Rusiya sılahlarından “qurtulmaq” istəyir.
Yeri gəlmişkən, bir gün əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya 130 milyon dollar dəyərində yeni silah partiyası təhvil verəcəyini açıqlayıb. Burada söhbət sürəti səs sürətindən üç dəfə yüksək olan “Starstreak” zenit raketlərindən gedir.
Verilən məlumata görə, London həmçinin Kiyevə dəqiq idarə olunan hərbi sursatlar və 800 tank əleyhinə raket də göndərəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB