Avropa İttifaqı ölkələri Rusiya və Belarusda qeydiyyatda olan avtomobillərin öz ərazilərinə buraxılmasını dayandırıb. Bu barədə Federal Gömrük Xidməti məlumat yayıb. Yeri gəlmişkən, SİA bu barədə rus mətbuatına istinad edir.
“İndi Rusiya və Belarus qeydiyyat nişanlı beynəlxalq daşıma vasitələri Avropa İttifaqı ölkələrinin ərazisi ilə yük daşıya bilməyəcəklər”, - bunu Federal Gömrük Xidməti səlahiyyətliləri bildirib.
Qeyd edək ki, bir gün əvvəl Brüssel Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib. Bura, tranzit də daxil olmaqla, avtomobil yolu ilə yük daşımalarına da qadağa daxildir.
Yeri gəlmişkən, analitiklər sonuncu sanksiyalar paketinin bir hissəsinin daha sərt olduğunu qeyd ediblər.Deyim ki, bunu artıq rusiyalı analitiklər də etiraf etmək məcburiyyətində qalıblar.
Beləliklə, deyildiyi kimi, Rusiya kömürünün üçüncü ölkələr vasitəsilə Avropaya ixracı mümkün olmayacaq. Digər məhdudiyyətlər, əksinə, daha yumşaq olub: Avropa limanları xarici bayraqlar altında Rusiya gəmiləri üçün bağlanmayacaq. (...millət acından qırılası deyil ki...)
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB