Rusiya qırıcıları Ukrayna mövqelərinə zərbələr endirib

Rusiya qırıcıları Ukrayna mövqelərinə zərbələr endirib

Rusiya döyüş təyyarələri Ukraynanın Donetsk vilayətində Ukrayna mövqelərinə zərbələr endirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda baş tutan razışalmalardan sonra Rusiya Kiyev və Çerniqov vilayətindən çəkilməyə qərar verib.

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 2 Su-25 tipli döyüş təyyarəsi Donetsk vilayətində Ukrayna mövqelərinə zərbələr endirib. Hücumda can itkisi və hansı nöqtələrin hədəf alındığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə