Rus ordusu geri çəkildi

Ukrayna baş qərargahı Sumı ərazisindən rus ordusunun çıxarılması ilə bağlı bəyanat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə 45 gündür davam edir.
Baş Qərargahın açıqlamasında Rusiya ordusunun Zaporojye və Donetsk bölgələrində yerləşdirməyə davam etdiyi, Luqansk bölgəsində isə hücumlarını davam etdirdiyi də bildirilib. Rusiya ordusu daha əvvəl Ukraynanın şimalından və ölkənin paytaxtı Kiyev ətrafından geri çəkildiyini açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə