28 cəsəd qəbirsistanılığa aparılıb

28 cəsəd qəbirsistanılığa aparılıb

Ukraynanın Buça şəhərində qrupların apardığı işdə bir çox evdə mülki vətəndaşların cəsədləri tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tapılan meyitlərdən 28-i qəbiristanlığa aparılaraq torpağa tapşırılıb.

Dinc əhaliyə qarşı törədilən qətliamın miqyasının gündən-günə artdığı Buçada indiyədək yüzlərlə cəsəd tapılıb.
Qruplar davam edən işlərində mülki şəxslərin cəsədlərini evlərdən çıxarmağa davam edir. Dinc sakinlərdən bəzilərinin yatarkən yatağında güllələndiyi, bəzilərinin isə evlərinin zirzəmilərində öldüyü görünür. Evlərdə tapılan cəsədlərin qapalı qalması vəziyyətinə ilk olaraq bomba zərərsizləşdirmə mütəxəssisləri müdaxilə edib.

Daha sonra meyit toplama prosesini həyata keçirən qruplar torbalara qoyduğu meyitləri soyuduculu pikap maşınlarına yükləyib şəxsiyyət və qeydiyyat prosesləri üçün qəbiristanlığa aparıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə