Koronavirus epidemiyası başlayandan Həcc ziyarətində çətinliklər yaranıb. Səudiyyə Ərəbistanı builki Həcc qərarlarını açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı bu il qəbul edəcəyi zəvvarların sayını 1 milyona çatdırıb.
Yaşı 65-dən aşağı olan və tam peyvənd olunmuş şəxslər Həcc ziyarətinə gedə biləcəklər. Səudiyyə Ərəbistanına səyahət edən hər bir sərnişin son 72 saat ərzində alınan mənfi PCR test nəticəsini təqdim etməlidir. Nazirlik həmçinin xəbərdarlıq edib ki, zəvvar namizədləri müqəddəs torpağa səfərləri zamanı Covid epidemiyası ilə bağlı tədbirlərə əməl etməlidirlər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB