Daha bir şəhərdən rus ordusu çıxarılıb

Daha bir şəhərdən rus ordusu çıxarılıb

"Rusiya ordusu Sumi şəhərindən tamamilə geri çəkilib", - Ukrayna Baş Qərargahının bəyanatında deyilir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən rus ordusunun Ukraynadan çıxardığı şəhərlərə Sumi şəhəri də əlavə edildi.

Ukrayna Baş Qərargahının sosial media hesabından edilən açıqlamada “Rusiya ordusu Sumi şəhərindən tamamilə geri çəkildi”. Baş Qərargahın açıqlamasında Rusiya ordusunun Zaporojye və Donetsk bölgələrində yerləşdirməyə davam etdiyi, Luqansk bölgəsində isə hücumlarını davam etdirdiyi də bildirilib.

Rusiya ordusu daha əvvəl Ukraynanın şimalından və ölkənin paytaxtı Kiyev ətrafından geri çəkildiyini açıqlamışdı.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə