Avropa Komissiyasının sədri Ursula fon Der Leyen Ukrayna Prezidenti Vladimir Zelenskiyə Avropa İttifaqına daxil olmaq üçün ilk addım hesab edilən suallarla dolu anketi təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın paytaxtı Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon Der Leyen və Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə görüşündən sonra birgə mətbuat konfransı keçirilib.
Von der Leyen prezident Zelenskiyə cavablandırılması lazım olan suallarla dolu anket təqdim edib ki, bu da Avropa İttifaqına daxil olmaq üçün ilk addımdır. Zelenski bir həftə ərzində anketi dolduraraq geri qaytaracağını açıqlayıb.
Prezident Zelenski mətbuat konfransında həyatını itirən mülki şəxslərə də toxunaraq: "Maliyyə yardımına görə təşəkkür edirəm. Dövlətimiz Rusiyanın hücumları səbəbindən maddi sıxıntı içindədir. Silah yardımına görə də sizə təşəkkür edirik. Mən həmçinin beşinci sanksiyalar paketinə görə Avropa İttifaqına təşəkkür etmək istərdim. Ruslar xalqımızı, torpağımızı aldı. Torpaqlarımız qayıdacaq, amma xalq qayıtmayacaq. Sanksiyalar artmağa davam etməlidir. Biz Rusiya ərazisinə döyüşmək üçün gəlməmişik, günahsız insanları öldürməmişik. Biz Belarusdan raket göndərməmişik. Biz öz torpağımızda yaşamaq istəyirik. Müharibə səbəbilə Avropa İttifaqı ilə münasibətlərimiz çox yaxşı oldu. Başqa ölkələrin xalqları birləşdi, küçələrə çıxdı və Ukraynanı dəstəklədi. Rusiyanın Ukrayna xalqına qarşı bu aqressiv siyasətini məğlub etmək lazımdır”, - deyib.
Ursula von Der Leyen Ukrayna iqtisadiyyatındakı çətin vəziyyətə toxunub, "Kramatorskdakı qatar stansiyasında həlak olanların ailələrinə başsağlığı verirəm. Bu gün günə Buçada müşahidələrimizə başladıq. Demək istəyirəm ki, Avropa Birliyi sizinlədir.
Biz sizinlə çiyin-çiyinəyik. Biz Putinə iqtisadi təzyiq göstərəcəyik ki, əməllərinin ağır bədəlini ödəsin. Bu şəkildə onlar çürüyəcəklər. Rusiyanın ixracatı yüzdə 71 azalıb, inflyasiya yüzdə 20 artıb, 700 böyük şirkət Rusiyanı tərk edib, Avropa Birliyinin üzvləri Rusiyanın 225 milyard dollarlıq vəsaitini dondurub. Biz sizə 1 milyard dollarlıq silah almaq üçün maliyyə yardımı etdik. Ukraynalı qaçqınlar öz evlərinə qayıdana qədər onlara qayğı göstəririk.
Biz ukraynalıların yaşaması, oxuması və sağlamlığı üçün əlimizdən gələni edirik. Gələcəkdə xeyriyyə fondu da yaradacağıq. Ukrayna Avropa Birliyində olmalıdır. Biz sizə Avropa İttifaqına daxil olmaq üçün sualların yer aldığı anketi veririk”, deyib və anketi Zelenskiyə verib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB