Nobel mükafatı laureatı rusiyalı jurnalist Dmitri Muratov qatarla səyahət edərkən hücuma məruz qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən il Mariya Ressa ilə birlikdə "demokratiyanın və davamlı sülhün şərti olan ifadə azadlığını qorumaq səylərinə" görə Nobel Sülh Mükafatını qazanan rusiyalı jurnalist, televiziya aparıcısı və "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratov Rusiyada qatarla səyahət edən zaman hücuma məruz qalıb. Samara-Moskva qatarında Muratovun olduğu otağa daxil olan şəxs boya vedrəsini Muratovun üzərinə töküb. Hadisə ilə əlaqədar qatar 30 dəqiqə gecikib. Hücumu mobil telefonu ilə çəkən Muratov ictimaiyyətə verdiyi mesajda “bu da bizim uşaqlarımız” deyərək hadisəyə reaksiya verib.
Kreml əleyhinə ritorikası və müxalif mövqeyi ilə tanınan Muratov bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alıb. Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) müsahibə ilə bağlı araşdırma başladıb və Muratov Ukraynada müharibə bitənə qədər həm qəzet çapını, həm də rəqəmsal jurnalistikanı dayandırmağa qərar verdiklərini açıqlayıb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB