Beynəlxalq Valyuta Fondu Ukraynaya kömək məqsədilə donor ölkələrdən pul yığmaq üçün xüsusi hesab açmağa razılaşıb.
SİA-nın məlumatına görə, bu barədə BVF-nin Ukrayna üzrə icraçı direktorunun müavini Vladislav Raşkovan “Facebook” səhifəsində məlumat verib.
İcraçı direktorun dediyinə görə, Kanadadan 1 milyard dollar BVF vasitəsilə Ukrayna hökumətinə kömək üçün göndəriləcək. O, əlavə edib ki, artıq aprelin 8-dən etibarən BVF-nin Direktorlar Şurası Ukraynaya kömək məqsədilə donor ölkələrdən pul göndərmək üçün xüsusi inzibati hesabın açılması barədə razılığa gəlib.
Raşkovan onu da qeyd edib ki, Kanada hökuməti Maliyyə Nazirliyi ilə birlikdə bu qərara lobbiçilik edib və lap əvvəldən məsələ ilə bağlı Niderland, Polşa, Skandinaviya və Baltikyanı ölkələrdən dəstək alıb. "Dünən Kanadanın maliyyə naziri Kristia Friland Kanada Parlamentində bəyan edib ki, Kanada hökuməti bu vəsait hesabına Ukrayna hökumətini dəstəkləmək üçün 1 milyard Kanada dollarına qədər vəsait ayıracaq.
Yeri gəlmişkən, Raşkovan digər ölkələri də bu istiqamətə “yönələcəklərini” istisna etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB