...Bu arada Rusiyaya qahmar çıxanların sırasına iki dövlət də qatılıb.
Beləliklə, Boliviyanın keçmiş prezidenti Evo Morales ABŞ-ın Rusiyaya qarşı təcavüzkar siyasətini bütün dünyaya sırımaq niyyətində olduğunu bildirib.
TASS özünün “Twitter”inə istinadən xəbər verir ki, o, Rusiyanın BMT İnsan Hüquqları Şurasında (UNHRC) iştirakını dayandırmasını belə şərh edib.
Moraleslə yanaşı Venesuela prezidenti Nikolas Maduro da Qərbin Rusiya ilə müharibəyə başlamaq və onu parçalamaq istədiyini bildirib.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti öz “Twitter” bloquna istinadən yazır.
Moralesin sözlərinə görə, Rusiyanın İnsan Haqları Şurasından çıxarılması NATO və ABŞ tərəfindən ikiüzlü addımdır. O, Qərbi bütün dünyanı “ölüm siyasətinə, işğallara və silahlanma yarışına” qoşulmağa məcbur etməkdə ittiham edib.
Xatırladaq ki, BMT Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası zamanı Rusiyanın İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı qətnamə qəbul edib. Belə ki, 93 nümayəndə heyəti tədbirin lehinə, 25-i əleyhinə səs verib, daha 58 nümayəndə isə bitərəf qalıb.
Bu arada Venesuela prezidenti Nikolas Maduro ABŞ və NATO-nun Rusiyaya qarşı böyük müharibədə diplomatik, iqtisadi və siyasi səyləri əlaqələndirdiklərini bildirib. “Biz bunu Venesueladan deyirik - onlar Rusiyanı parçalamaq, çoxqütblü dünyanın ümidlərini məhv etmək üçün müharibə istəyirlər”-deyə Maduro bildirib.
Venesuela prezidentinin ehtimalına görə, bu gün Qərb mediası ABŞ və onun müttəfiqləri tərəfindən Ukraynada baş verən hadisələrə haqq qazandıran informasiya diktaturası qurub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB