Bosniya və Herseqovinada paytaxt Sarayevonun da daxil olduğu Sarayevo kantonunda odlu silah əldə etmək üçün müraciət edən vətəndaşların sayında artım müşahidə olunur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qlobal təhlükəsizliklə bağlı narahatlıqlar, eləcə də Bosniya və Herseqovina küçələrində təhlükəsizlik vəziyyəti səbəbindən daha çox vətəndaş qanuni şəkildə odlu silah əldə etmək üçün müraciət edir. Fevral ayında odlu silahların alınması üçün 200 icazə şəhadətnaməsi və 158 lisenziya verilib. Yanvarda ayında isə şəhadətnamələrin sayı 131, lisenziyaların sayı 96 olub.
Odlu silah əldə etmək üçün müraciət edənlər arasında siyasətçilərin daha çox olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB