“Xarkov sakinlərinin təxliyəsi üçün ilkin şərt yoxdur”

“Xarkov sakinlərinin təxliyəsi üçün ilkin şərt yoxdur”

“...Bu gün Xarkov sakinlərinin təxliyəsi üçün hələlik heç bir ilkin şərt yoxdur”.

SİA-nın məlumatına görə, bunu Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov Müdafiə Qərargahının iclasından sonra deyib.

“Hazırda Xarkov sakinlərinin mütəşəkkil şəkildə təxliyyəsi üçün heç bir ilkin şərt yoxdur deyə biz Lozovaya və Barvenkovo ​​sakinlərinin təxliyəsini davam etdiririk”, -deyə administrasiya sədri bildirib.

Sinegubovun sözlərinə görə, regionun bərpası variantları paketi bu gün Xarkovda olan Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko və xalq deputatı David Araxamiya ilə müzakirə olunub.

O qeyd edib ki, işğalçılar Xarkov şəhərinin yaşayış məntəqələrini və bölgənin mülki infrastrukturunu atəşə tutmaqda davam edirlər.

“Bu gün Dərgəçiyə gedən yolda atışmaların nəticələrini aradan qaldırmağa tələsən energetiklər briqadası minaya düşüblər. onlardan iki işçi yaralanıb və xəstəxanaya yerləşdiriliblər”. Bunu da Oleq Sinegubov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə