Rus saytlarının yazdığına görə, Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın Ukraynaya hücum əməliyyatları üçün istifadə edilə bilən bütün kəşfiyyat məlumatlarının Kiyevə ötürüldüyünü etiraf edib. SİA bu barədə rus mətbuatına istinad edir.
Beləliklə, “PBS News”un məlumatına görə, Kirbi
Vaşinqtonun Kiyevlə “özlərini müdafiə etməyə və onlara qarşı mübarizə aparmağa imkan verəcək faydalı məlumat və kəşfiyyat məlumatları” paylaşdığını bildirib.
Pentaqon sözçüsü həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanı müxtəlif aspektlərdə, o cümlədən müdafiə məqsədlərində dəstəkləmək üçün əlindən gələn hər şeyi edir.
Xatırladaq ki, bir müddət bundan əvvəl, dəqiq desək aprelin 7-də Pentaqonun rəhbəri Lloyd Ostin ilk dəfə olaraq departamentin Donbassda hərbi əməliyyatlar üçün Ukrayna silahlı qüvvələrinə kəşfiyyat məlumatlarını ötürdüyünü təsdiqləyib.
Onu da qeyd edək ki, yenə də rus saytlarının yazdıqlarına inansaq belə məlum olur ki, Avropa İttifaqı da məxfi məlumatlara, o cümlədən peyk şəkillərinə çıxışın Ukraynaya ötürülməsinə dair sazişi təsdiqləyib.
Təbii ki, belə olan halda Kiyevə ötürülən məlumatların xüsusi əməliyyatlar zamanı rus qoşunlarının hərəkətləri ilə bağlı ola bilməsi heç bir şübhə doğurmur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB