“Rubl xeyli zəifləsə də, lakin çökməyəcək...”

“Rubl xeyli zəifləsə də, lakin çökməyəcək...”

Xatırladım ki, SİA bir müddət bundan əvvəl Rusiya Mərkəzi Bankının dollar və avro ilə mübadilə əməliyyatlarına görə 12 faizlik komissiyanı ləğv edəcəyi barədə məlumat vermişdi.

Maraqlıdır ki, bəzi ekspertlər birjada valyuta alışına görə 12 faiz komissiyanın ləğvi ilə əlaqədar rublun ucuzlaşacağını proqnozlaşdırırlar. Amma deyilənlərin real olmayacağını iddi edənlər də var.

Məsələn, “İnqosstrax-Investments Management” şirkətinin aktivlərin idarə edilməsi departamentinin direktoru Artem Mayorovun sözlərinə görə, komissiyanın ləğvi ilə əlaqədar rubl xeyli zəifləsə də, lakin rus valyutasının çöküşü baş verməyəcək.

“...Bazar ertəsi valyuta bazarı rublun zəifləməsi ilə açıla bilər. Lakin biz böyük çöküş gözləmirik, çünki aprel ayında Rusiya ixrac üçün rekord ödənişlər alacaq ki, bu da fiziki şəxslərin rubl alışının təsirini kompensasiya etməlidir. Həmçinin, yüksək depozit faizləri böyük miqdarda rublu mənimsəyib”.

Bunları Mayorov bildirib.

Yeri gəlmişkən bildirək ki, həftə ərzində Moskva birjasında rubl dollara nisbətdə 7,87 rubl bahalaşaraq 76,08 rubla, avroya qarşı isə 10,29 rubl bahalaşaraq 82,7 rubla yüksəlib.

Necə deyərlər...”qoluna çöpdən dirək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə