Kramatorsk vağzalında ölənlərin sayı artıb...

...digər şəhərlərdə də ölənlər var
Kramatorsk vağzalında ölənlərin sayı artıb...

Kramatorsk dəmir yolu vağzalında baş verən bomba partlayışı nəticəsində ölənlərin sayı 52-yə çatıb, 109 isə nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

Administrasiya rəhbəri rayonun digər şəhərlərində də insanların həlak olmasından da danışıb. Onun dediyinə görə, Avdiivkada ruslar 4 nəfərlik ailə də daxil olmaqla 5 dinc sakini qətlə yetiriblər. Uqledarda daha bir nəfər ölüb. Kramatorskda yaralananlarla yanaşı, bölgədə daha 4 nəfər yaralanıb. Mariupolda 1 ölü və 3 yaralı dinc sakin haqqında məlumatı dəqiqləşdirmişik. Amma Volnovaxada qurbanların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.

Qeyd edək ki, artıq müəyyənləşdirildiyi kimi, Kramatorsk şəhərinin dəmiryol vağzalına zərbə “Toçka-U” raketi ilə vurulub.

Donetsk vilayətinin başçısı Pavlo Kirilenkonun sözlərinə görə, raket hücumu zamanı stansiyada minlərlə insan olub, çünki Donetsk vilayətinin sakinlərinin Ukraynanın təhlükəsiz bölgələrinə təxliyəsi davam edir.

Ukrayna tərəfinin iddiasına görə rusların bu hərəkətləri Cinayət Məcəlləsinin 438-ci maddəsi - müharibə qanunlarını və adətlərini pozma ilə tövsif edilir.

Onu da qeyd edək ki, Kramatorskdan şəhərə çata bilən Donetsk vilayətinin bütün sakinlərini avtomobil yolu ilə təxliyə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə