AP ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır

AP ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır

Avropa Parlamenti ukraynalı qaçqınları qəbul edən Avropa İttifaqına üzv dövlətlərə 3,4 milyard avro yardımın ayrılması barәdә qərarı təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, fevralın 24-də Rusiyanın başlatdığı müharibə nəticəsində ölkəsini tərk edən ukraynalı qaçqınlara ev sahibliyi edən Aİ-yə üzv ölkələrə maliyyә yardımın edilmәsini nəzərdə tutan qətnamənin lehinә 549 sәs verilib. Sәnәdin әleyhinә 1 sәs verilib, 8 deputat isә bitәrәf qalıb.

Maliyyə vəsaiti "REACT-EU" proqramının bir hissəsi kimi göndəriləcək.

Mәlumatda bildirilib ki, vəsaitin 45 faizi Macarıstan, Polşa, Rumıniya, Slovakiyaya, Avstriya, Bolqarıstan, Çexiya və Estoniyaya göndәrilәcәk.

Bütün xəbərlər Facebook səhifəmizdə