Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verib

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verib

Slovakiyanın Baş naziri Eduard Heqer Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiklərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Heqer "Twitter" səhifəsində etdiyi paylaşımda ölkə mətbuatında yer alan “Slovakiyanın S-300 hava hücumundan müdafiə sistemini Kiyevə göndərdiyi” xəbərini təsdiqləyib.

“Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib” ifadəsini işlədən Heqer "Ukrayna xalqı həm öz ölkəsinin suverenliyini, həm də bizləri cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan tələfatına biganə qalmamaq və kömək etmək bizim vəzifəmizdir" deyib.

Digər tərəfdən, Baş nazir Heqer Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ilə birlikdə Ukraynanın paytaxtı Kiyevə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə