Rusiya üçün yeni sanksiyalar paketi

Avropa İttifaqı ölkələrinin səfirləri yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Rusiya üçün yeni sanksiyalar paketi

Avropa İttifaqına daxil olan ölkələrin səfirləri digər məsələlərlə yanaşı, Rusiyada fiziki şəxslərə və maliyyə institutlarına məhdudiyyətləri nəzərdə tutan anti-Rusiya sanksiyalarının beşinci paketini təsdiqləyiblər.

SİA bu barədə “TASS”a istinad edir.

Beləliklə, Rusiya Federasiyasından kömür idxalına və yüksək texnologiyalı malların tədarükünə embarqo qoyulması da qərara alınıb.

Qeyd edək ki, bu çox əhatəli tədbirlər paketi Rusiyaya qarşı sanksiyaları yeni sahələrə doğru genişləndirir.

“...Burada söhbət bir neçə Rusiya bankının aktivlərinin dondurulmasından, Rusiyadan kömür idxalına qadağadan, Rusiyaya qarşı silah embarqosundan, Rusiyaya ixraca, xüsusən də yüksək texnologiyalı mallara qadağa qoyulmasından gedir”.

Deyim ki, bu barədə Fransanın Avropa İttifaqındakı sədrliyinin bəyanatında deyilir.

Sanksiyaya məruz qalan ixrac mallarının həcmi 10 milyard avro olaraq qiymətləndirilir. Xammal və kritik materialların idxalına qoyulan məhdudiyyətlər 5,5 milyard avro dəyərində mallara təsir edəcək. Avropa İttifaqının digər tədbirləri arasında Rusiya bayrağı altında üzən gəmilərin Avropa ölkələrinin limanlarına girişinə də qadağa daxildir.

Eyni zamanda, Rusiya Federasiyası və Belarusun nəqliyyat şirkətləri Avropa İttifaqında fəaliyyət göstərə bilməyəcək.

Sənəddə rusiyalı sahibkarlara və “təbliğat xadimlərinə” qarşı yeni məhdudiyyətlər də göstərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə