Rumıniyanın keçmiş turizm nazirini Bolqarıstan polisi saxlayıb

Rumıniyanın keçmiş turizm nazirini Bolqarıstan polisi saxlayıb

Bolqarıstan polisi Rumıniyanın 2010-2011-ci illərdə regionların inkişafı və turizm naziri olmuş, korrupsiya ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmiş Yelena Udryanı saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.

“Aprelin 7-də Milli Polis Rumıniya polis orqanlarından ölkədə avtomobilin və onun içindəkilərin aşkarlanmasına köməklik göstərilməsi xahişi ilə təcili sorğu alıb. Xüsusilə, korrupsiyaya görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş rumıniyalı qadının avtomobildə olduğu güman edilirdi. Sonuncu Bolqarıstan-Yunanıstan sərhədindəki “Kulata” sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb”, – xəbərdə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə