Artlq Bayden də dəstəkləyir...

ABŞ prezidenti Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyündən çıxarılmasını dəstəkləyib
Artlq Bayden də dəstəkləyir...

Vaşinqton Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyünün dayandırılmasını dəstəkləyir.

SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilir.

Amerikalı lider səsvermənin nəticələrini alqışladığını qeyd edib. Onun sözlərinə görə, bu, dünya birliyi tərəfindən tarixi bir addımdır.

“Birləşmiş Ştatlar bu səsvermənin keçirilməsinə nail olmaq üçün bütün dünyadakı müttəfiqləri və tərəfdaşları ilə sıx əməkdaşlıq edib. Rusiya İnsan hüquqlarını kobud və sistematik şəkildə pozur”, - deyə Amerika lideri qeyd edib.

Cozef Bayden deyib Rusiya iqtisadiyyatına təzyiqi artırmaq və bu ölkəni beynəlxalq aləmdən təcrid etmək üçün məsul hökumətlərlə işləməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə