Ukrayna Baş Qərargahı: Rusiya yeni hücuma hazırlaşır

Ukrayna Baş Qərargahı: Rusiya yeni hücuma hazırlaşır

Ukraynaya müharibə elan edən Rusiya ordusu 18 min 900 əsgər, 150 təyyarə, 135 helikopter və 698 tank itirib.

SİA xəbər verir ki, Ukrayna Baş Qərargahı fevralın 24-dən aprelin 7-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumat verib.

Buna uyğun olaraq Ukraynaya hücum edən Rusiya ordusundan 18 min 900 əsgər öldürülüb, Rusiyaya məxsus 150 təyyarə, 135 helikopter, 698 tank, 1891 zirehli texnika, 332 artilleriya, 108 reaktiv yaylım atəş sistemi və 55 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1358 texnika, 7 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 111 pilotsuz uçuş aparatını itirib.

Ukrayna Baş Qərargahı ayrıca, Rusiya ordusunun Donetsk və Luqansk bölgələri və Mariupol şəhərinə tam nəzarəti təmin etmək üçün Ukraynanın şərqində hücum əməliyyatına hazırlaşdığını bildirib.

Baş Qərargahdan verilən açıqlamada aprelin 6-sı axşamkı məlumatlara görə, fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiyanın itirdiyi əsgər sayının yenilənərək 18 min 600-ə yüksəldiyi bildirilib.

Rusiya ordusunun gün ərzində 6 yaşayış məntəqəsinə qarşı həyata keçirdiyi hücum əməliyyatının nəticəsiz qaldığı bildirilən açıqlamada Ukrayna əsgərlərinin Xerson bölgəsindəki Osokarovka qəsəbəsinə nəzarəti geri aldığı qeyd edilib.

Bəyanatda bildirilib ki, Rusiya Donetsk və Luqansk bölgələri və Mariupol şəhəri üzərində tam nəzarəti təmin etmək üçün Ukraynanın şərqində hücum əməliyyatına hazırlaşmaq səylərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə