Latviya Seymi 9 may tarixini Ukraynada həlak olanların milli anım günü elan edən qanun layihəsini təcili olaraq təsdiqləyib.
SİA bu barədə “TASS” agentliyinə istinad edir.
Təklifi 100 deputatdan 61-i dəstəkləyib.
Qələbə gününün qeyd olunmasını qadağan edən qanun layihəsi cəmi bir gündə təsdiqlənib.
Qanun layihəsinə əsasən, həmin gün dövlət qurumları və yerli özünüidarəetmə qurumları əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.
Həmçinin 8 və 9 may tarixlərində bütün ölkə ərazisində atəşfəşanlıq qadağan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB