Peskov: “Rusiya bir il əvvəl sanksiyalara hazırlaşmağa başlamışdı”
Alın...a! Yana-yana qalın...a!

"...Rusiya bir il əvvəl sanksiyalara hazırlaşmağa başlamışdı. Yəni Rusiya sanksiyalara hazır və makrosabitlik baxımından təhlükəsiz idi.”

SİA-nın məlumatına görə, bunu Sky News-a müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Rusiya “bir neçə onilliklər” ərzində sanksiyalar altında yaşayıb və bir il əvvəl bugünkü sanksiyalara hazırlaşmağa başlayıb.

“…İndi biz təbii ki, iqtisadiyyat baxımından kifayət qədər çətin vəziyyətdəyik, lakin iqtisadiyyatımız hələ də ayaqdadır. Biz təhlükəsizik, bəlkə də tam təhlükəsiz deyilik, lakin təhlükəsizlik baxımından, makrosabitlik baxımından təhlükəsizik”, - deyə Peskov bildirib.

Kreml sözçüsü əlavə edib ki, Rusiya iqtisadiyyatını, xüsusilə texnologiya və istehsal sektorunu inkişaf etdirmək üçün sanksiyalardan istifadə etməyə çalışır.

Bundan əvvəl Dmitri Peskov ABŞ-ın aprelin 6-da tətbiq etdiyi sanksiyaları şərh edərək, onları “müxtəlif məhdudiyyətlərin tətbiqi ilə bağlı belə tamamilə çılğın xəttin davamı” adlandırıb. O, həmçinin bildirib ki, Rusiya siyasətçilərinin ailə üzvlərinə qarşı sanksiyaları “anlamaq və izah etmək çətindir”.

İnanın ki, Peskovun dedikləri mənə, nə bilmək olar,.. bəlkə elə Sizə də Vladimir Mayakovskinin “Sovet pasportu” şeirini xatırlatdı…əsasən də, həmən şeirin son bəndlərini…

Alın...a!

Yana-yana

qalın...a!

Mən Sovet (...görən burda Rusiya eləmək olar?) vətəndaşıyam!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə