Danışıqlar Türkiyədə keçirilə bilər

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların iki ssenarisindən danışıb
Danışıqlar Türkiyədə keçirilə bilər

"...Ukrayna və Rusiya arasında növbəti danışıqlar Türkiyədə keçirilə bilər”.

SİA-nın məlumatına görə, “CNN Türk” xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Brüssel toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Çavuşoğlu onu da qeyd edib ki, tərəflər artıq razılığa gəliblər. Onun sözlərinə görə, əvvəlcə Rusiya Federasiyası və Ukraynanın xarici işlər nazirləri, sonra isə dövlət rəhbərləri görüşə bilər. Digər ssenariyə görə, xarici işlər nazirləri və prezidentlərin birgə görüşü də mümkündür.
Nazir əlavə edib ki, hər iki halda mümkün danışıqlar Türkiyədə aparıla bilər. Onun sözlərinə görə, Kiyev vilayətinin Buça şəhərindən fotoşəkillərin dərci danışıqların vəziyyətinə, təbii ki, təsir edib.

“...Hər iki ölkə Türkiyədə görüşməyi səbirsizliklə gözləyir”, - Çavuşoğlu əlavə edib və ölkələrin hərbi əməliyyatlar bitdikdən sonra Türkiyənin səylərini unutmayacağına ümid etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə