Cinayət işi Səudiyyə Ərəbistanına verildi

Cinayət işi Səudiyyə Ərəbistanına verildi

Türkiyə jurnalist Camal Xaşoqçinin öldürülməsi ilə bağlı məhkəmə işini dayandırdı və onu Səudiyyə Ərəbistanına təhvil verdi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Ədliyyə Nazirliyinin müsbət rəyindən sonra cinayət işinin Səudiyyə Ərəbistanına təhvil verilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Camal Xaşoqçi 2018-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Ər-Riad jurnalistin diplomatik nümayəndəlik binasında yoxa çıxdığını inkar etsə də, video və səs yazılarının ortaya çıxmasından sonra onun konsulluq əməkdaşları ilə mübahisə zəminində öldürüldüyünü etiraf edib.

2020-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı məhkəməsi jurnalistin qətli ilə bağlı cinayət işi üzrə yekun hökm çıxarıb. Nəticədə səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə