“Dərd gələndə batmanla gəlir..?”

Rusiya qazından tamamilə imtina etməyə çağırış edən Avropa Parlamenti hələ bir rus kömürünə də embarqo qoymaq istəyir
“Dərd gələndə batmanla gəlir..?”

Bu gün Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarından tamamilə imtina etməyə çağıran qətnamə qəbul edib, amma...

...Amma rusların “RİA Novosti”si xəbər verir ki, əgər Moskvanın Ukrayna ilə bağlı mövqeyi dəyişərsə, bu halda embarqoya yenidən baxıla bilər.

...Demə, bu hələ harasıymış... Avropa Parlamentinin əksər deputatı əlavə məhdudlaşdırıcı tədbirlərə, xüsusən də neft, nüvə yanacağı, qaz və kömür idxalına tam embarqo qoyulmasına da çağırış ediblər.

Deputatlar hesab edirlər ki, Avropa İttifaqı enerji təhlükəsizliyi ilə bağlı aydın strategiya təqdim etməlidir. Parlamentin səlahiyyətlərinə sanksiyaların qəbulu daxil olmadığı kimi, qətnamələr məcburi deyil.

...İndi isə Avropa İttifaqı Şurası kömür tədarükünə embarqo qoyulmasını nəzərdə tutan növbəti məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə