Rus saytlarının yazığına görə, amerikalı hərbi analitik Skott Ritter jurnalistlərə verdiyi müsahibədə Rusiyanın Ukraynada keçirilən xüsusi əməliyyatda qətiyyətlə qalib gəldiyini bildirib. Rusiyanın bu münaqişədə qətiyyətlə qalib gəlməsini Ritter “...bunu bütün göstəricilərin təsdiq etdiyi fakt kimi önə çəkib”.
Təhlilçi əmindir ki, hazırda Rusiya Silahlı Qüvvələri müasir tarixin ən heyrətamiz qələbələrindən birini tamamlamaq mərhələsindədir.
SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, hərbi ekspert Skott Ritter BMT-nin İraqda silah müfəttişi vəzifəsində çalışıb və bu sahədə böyük təcrübəyə malikdir.
“Mən ömrüm boyu hərbi xəritələri öyrənmişəm. Mən sizə deyirəm: hansı göstəricini nəzərə alsanız da, Rusiya qalib gəldi. Ancaq siz bu barədə eşitməyəcəksiniz, çünki media tamamilə əks tezis irəli sürür”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB