Rusiyanın keçmiş müttəfiqi ABŞ və NATO-ya keçib
Ey gidi dünya...

"...Yunanıstan Rusiyaya qarşı sanksiya siyasətində ABŞ və digər NATO ölkələrinə qoşulub. İki ölkə arasında münasibətlər heç vaxt diplomatların qovulmasına qədər yuvarlanmaməışdı”.

SİA-nın məlumatına görə, “RİA Novosti” özünün Telegram kanalına istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

Siyasətçi yazır ki, Yunanıstan əvvəlcə Rusiyaya qarşı tətbiq edilən bir sıra Qərb sanksiyalarına qoşulduğu üçün ABŞ və digər NATO ölkələri ilə “bərabərləşdi” və sonra isə sonra isə rus diplomatlarını ölkədən çıxarmaq qərarına gəldi. Cabarov bildirir ki, Rusiya və Yunanıstan münasibətlərinin bütün tarixində heç vaxt diplomatların ölkədən çıxarılması halı olmayıb.

“Budurmu sizin üçün ruslarla mənəvi yaxınlığı ilə həmişə fəxr etmiş bir pravoslav ölkəsi?”. Cabarov soruşur.

Daha sonra o əlavə edib ki, hər il on minlərlə rusiyalı Yunanıstanın Aralıq dənizi kurortlarına uçur və dövlətin turizm biznesinə mühüm töhfə verir.

Cabarov onu da qeyd edib ki, Türkiyə ABŞ və NATO-nun təzyiqlərinə baxmayaraq, anti-Rusiya sanksiyalarına qoşulmayıb və artıq bütün rus turistləri kurortlarında qəbul etməyə hazır olduğunu bildirib.

Siyasətçi “bu vəziyyətdə” rusların Türkiyəyə üstünlük verəcəyinə əmin olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə