Bayden Rusiya iqtisadiyyatına investisiyaları qadağan etdi

Bayden Rusiya iqtisadiyyatına investisiyaları qadağan etdi

ABŞ prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına sərmayə qoyuluşunu, habelə Rusiyada yaşayan şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

SİA-nın məlumatına görə, bu barədə TASS Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Beləliklə, yeni sərəncam dolayı və ya birbaşa ABŞ-dan olan şəxs tərəfindən Rusiya Federasiyasından hər hansı bir şəxsə hər hansı kateqoriya xidmətlərin ixracını, təkrar ixracını, satışı və ya təqdim edilməsini qadağan edir.

Xidmətlərin siyahısı ABŞ Dövlət Katibi ilə məsləhətləşmələr əsasında Maliyyə Naziri tərəfindən müəyyən edilir.

Bundan əlavə, ABŞ-ın fiziki şəxsləri harada oldularından asılı olmayaraq onlar üçün Rusiyaya yeni investisiyalar yatırmaq qadağandırlar.

İcra sərəncamı indi də ABŞ şəxslərinə əcnəbilər tərəfindən əməliyyatları maliyyələşdirməyi, təsdiq etməyi, zəmanət verməyi və üümumiyyətlə onlara kömək etməyi qadağan edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ administrasiyasının rəsmisi hökumətin Rusiya iqtisadiyyatına investisiya qoyuluşuna qadağa qoyduğunu bildirmişdi. Onun sözlərinə görə, bu tədbir ona gətirib çıxaracaq ki, Rusiya Federasiyasından özəl şirkətlərin kütləvi axını davam edəcək. ABŞ administrasiyasının nümayəndəsi ümid etdiyini bildirib ki, sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı sürətlə çökməyə başlayacaq.

...Beləliklə, dövlətin ÜDM-i 15 faizdən çox azalacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə