"...Ukrayna Qara dənizdə sürüklənən minalarla bağlı vəziyyətə icazə verməklə müharibə cinayəti törədib”.
SİA-nın “rambler”ə istinadən əldə etdiyi məlumata görə, bunu “Yeni Şafak” qəzetinə Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Cihat Yayçı deyib.
Qeyd edilməlidir ki, Yayçı, 1907-ci il Haaqa Konvensiyasının Yeddinci Protokoluna istinad edib. Belə ki, konvensiyasının həmin bölümündə minaların lövbərlərdən ayrılması, habelə minalardan qoparıldığı halda özünü məhv etməyən minalardan istifadə cinayətdir.
“Mülki əhalinin həyatına və əmlakına təhlükə yaradan minaların yerləşdirilməsi cinayətdir. Burada Ukrayna müharibə cinayəti törədib”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə artıq Bosfor boğazında, eləcə də Bolqarıstanla sərhədə yaxın Qara dənizdə bu minalardan ikisini aşkar edib. Daha bir mina Rumıniya balıqçı gəmisinin heyəti tərəfindən aşkar edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB