"...Rusiya qazının tədarükünün rublla ödənilməsinə dair qərarlar ölkələr tərəfindən fərdi olaraq qəbul edilir. Bizə gəlincə isə, ABŞ artıq buna qarşı çıxıb”.
Qeyd edim ki, bunu çərşənbə günü keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Macarıstanın baş naziri Viktor Orbanın Rusiya istəsə, Budapeştin qazın pulunu rublla ödəməyə hazır olması barədə sözlərini şərh edərkən deyib.
ABŞ-ın Macarıstanla bu mövzuda qarşılıqlı əlaqədə olub-olmaması sualını cavablandırarkən, “...Aydındır ki, rubla güvənmək ölkələrin fərdi olaraq qəbul etdiyi qərardır. Biz bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik”-deyən siyasətçi xanım Macarıstanın ABŞ-ın NATO-dakı müttəfiqi olduğunu da xatırladıb.
“Biz NATO-nun müdafiəsi və humanitar yardımı da daxil olmaqla bir sıra ikitərəfli və ümumi qlobal maraqlar üzrə əməkdaşlığı davam etdiririk. Biz tərəfdaşlığımızı gücləndirmək üçün işləməyə davam edəcəyik”, -deyə Ağ Evin sözçüsü əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB