ABŞ Tayvanla 95 milyon dollarlıq silah müqavilәsi imzalayıb

ABŞ Tayvanla 95 milyon dollarlıq silah müqavilәsi imzalayıb

Amerika Birlәşmiş Ştatları ilә Tayvan arasında 95 milyon dollarlıq silah müqavilәsi imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә ABŞ-ın Mudafiә Әmәkdaşlığı vә Tәhlükәsizliyi Agentliyi bәyanat yayıb.

Tayvan Müdafiә Nazirliyi tәrәfindәn verilәn bәyanatda müqavilәnin Amerika Birlәşmiş Ştatları ilә olan münasibәtlәrin gücü baxımından әhәmiyyәt kәsb etdiyi bildirilir.

Tayvan fevral ayında ABŞ-la ‘‘Patriot’’ hava hücumundan müdafiә sistemlәrini әhatә edәn 100 milyon dollarlıq müqavilә imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə