Ukrayna hərbçiləri iki təyyarə və bir qanadlı raket vurub

Ukrayna hərbçiləri iki təyyarə və bir qanadlı raket vurub

Donbasda Ukrayna Silahlı Qüvvələri iki təyyarə və bir qanadlı raketinin vurulduğu, 9 hücumun dəf edildiyi bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Verilən məlumatda Birləşmiş Qoşunlar qruplaşması hərbi qulluqçularının məharətli hərəkətləri sayəsində gün ərzində rusların 9 hücumunun dəf edildiyi bildirilir. Bundan

əlavə rus iəsgərlərinin itkiyə məruz qaldıqları da bildirilir.

Deyilənə görə, Ukrayna müdafiəçiləri düşmənin 6 tankını, 6 zirehli texnikasını və 4 artilleriya sistemini məhv ediblər.

Bundan başqa Ukraynanın hava hücumundan müdafiə bölmələri Donbass səmasında düşmənin iki təyyarəsini, bir qanadlı raketini və bir pilotsuz uçuş aparatını vurublar.

Qeyd edək ki, ötən gün Ukrayna saytları öklənin Hərbi Hava Qüvvələrinin düşmənin səkkiz qanadlı raketini vurduqları barədə xəbər yaymışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə