Ukraynada hərbi əməliyyatlar başlayan dövrdən ən çox dağıntılara məruz qalan ərazi Kiyev vilayətinin İrpen şəhəridir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin dağıntılarının təmizlənməsi prosesi başlayıb.
İrpen şəhər meri Oleksandr Makruşinin verdiyi məlumata görə, təmizlik və bərpa işlərinə 300 könüllü və 20 texnika cəlb olunub. Artıq İrpen şəhərinin küçələrinin 20 faizi dağıntılardan təmizlənib.
Şəhərdə bərpa və təmizləmə işləri davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB