Putin ilə Vuçiç arasında telefon danışığı olub

Putin ilə Vuçiç arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçilən Serbiya prezidenti Aleksandr Vuçiçlə telefon danışığı aparıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin görüş zamanı 3 apreldə Serbiya prezident seçkilərində qalib gələn Vuçiçi təbrik edib.

Rusiya-Serbiya strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və ticarət-iqtisadi əlaqələrin, o cümlədən enerji sektorunda əlaqələrin gücləndirilməsinə dair qarşılıqlı tendensiyanı bir daha təsdiqlənən görüşdə aktual beynəlxalq problemlər, o cümlədən Kosovodakı vəziyyət müzakirə edilib.

Görüş zamanı Putin Vuçiçə ölkəsi ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibə və danışıqlar barədə də məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə