Ukrayna üçün təhlükəsizlik təminatı

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır
Ukrayna üçün təhlükəsizlik təminatı

"...ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa və İsrail liderlərinin müşavirləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdırlar”.

“İnterfaks”ın məlumatına görə, bunu Türkiyənin “Habertürk” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib. SİA bu barədə “rosbalt” saytına istinad edir.

Beləliklə, Zelenskinin sözlərinə görə, göstərilən yeddi ölkə zaminlərin yalnız bir hissəsidir. Belə ki, onlar artıq gələcək görüşü təsdiqləyiblər. Bundan əlavə, Ukrayna prezidenti qeyd edib ki, dövlətlərin hər birinin bu məsələ ilə bağlı öz baxışları var. Məsələn, bəziləri “hər şeyə, tam dəstəyə hazırdır”, digərləri isə qismən...

Ona görə də bütün detalları müzakirə etmək üçün sadəcə ümumi yığıncaq tələb olunur. Əgər onun nəticələri Ukraynanı təmin edərsə, bu halda Rusiya tərəfinin iştirakı müzakirə olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə