Balıkesir sahillәrindә 30 qaçqın xilas edilib

Balıkesir sahillәrindә 30 qaçqın xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyәnin Balıkesir şәhәrinin Ayvalık qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 30 qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə