‘‘Rusiyanın hücumları nәticәsindә 167 uşaq hәlak olub’’

‘‘Rusiyanın hücumları nәticәsindә 167 uşaq hәlak olub’’

Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 167 uşağın öldüyü, 279 uşağın yaralandığı bildirilib.

SİA xəbər verir ki, Ukrayna Baş Prokurorluğundan verilən mәlumata görә, Rusiya ordusunun hücumları nəticəsində 927 təhsil müəssisəsinә zərәr dәyib, onlardan 83-ü tamamilə dağılıb.

Mәlumatda fevralın 24-dәn etibarәn 167 uşağın həyatını itirdiyi, 279 uşağın yaralandığı bildirilib.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk dünən toqquşmaların yaşandığı bölgələrdən 3800-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Bu barәdә İrina Veresçuk rәsmi internet sәhifәsindә paylaşım edib. İrina Veresçuk qarşıdurmanın yaşandığı bölgələrdən mülki vәtәndaşların təxliyə prosesinin davam etdiyini bildirib.

Təxliyələrin davam etdiyini bildirən Vereşçuk deyib: "Dünәn 3 min 846 nəfər təxliyə edilib. Gün ərzində 2 min 216 nəfər Mariupol-Berdyansk humanitar yardım dəhlizləri vasitәsilә Zaporojyaya gәlib. Onlardan 1496 nəfəri Mariupol şəhərindən gəlib. 720 nəfər dә Polohi vә Vasilivka, Berdyansk və Melitopol şəhərlərindən Zaporojyeyə gәlib’’.

Vereşçuk bildirib ki, Ukraynanın Luqansk vilayətinin bəzi şəhərlərindən mindən çox insan avtobuslarla təxliyə edilib.

Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə də məlumat verən İrina Vereşçuk deyib: “Ukraynada azı 26 min kvadratmetr yaşayış sahəsi, 196 tibbi müəssisə, 300 uşaq bağçası, 8 hava limanı, 10 hərbi hava limanı, 129 fabrik və obyekt, 22 min kilometrdən çox yol vә 226 körpüyә zәrәr dәyib vә ya dağılıb’’.

Baş nazirin müavini vurğulayıb ki, Rusiya ölkәsinә dәymiş ziyanı ödәmәlidir.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə