Qarabağ xalçası haqqında sənədli film yayımlanacaq

Qarabağ xalçası haqqında sənədli film yayımlanacaq

Azərbaycanın 44 günlük Vətən müharibəsindəkiqələbəsini simvolizə edən və xalqımızın həmrəyliyininümayiş etdirən “Qarabağ İlmələrdə” sənədli filmieyniadlı adlı sosial layihə çərçivəsində hazırlanıb.

SİA verir ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinintəşəbbüsü Azərbaycan Respublikası MədəniyyətNazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nindəstəyi ilə keçirilən sosial layihədə Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə ataraqtoxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşaşəhərində vurulan xalçanın toxunma prosesi əvvəldənaxıra qədər filmdə əks olunub. Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayanvətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandanİlham Əliyev və onun rəhbərlik etdiyi Şanlı Ordumuztərəfindən 44 günün sonunda düşmən üzərində qazanılanqələbənin yaşatdığı hissləri dilə gətiriblər.

“Qarabağ İlmələrdə” sənədli filmi 10 aprel saat15:50-də ilk dəfə olaraq İTV-də yayəmlanacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə