Livanın baş nazirinin müavini Saad əl-Şami bazar ertəsi, aprelin 4-də "Livan dövlətinin və Mərkəzi Bankının müflis olduğunu" elan edib. SİA xəbəri Əl-Cədid TV-yə istinadən yayır.
Telekanala verdiyi müsahibədə əl-Şami bildirib ki, o, sadəcə olaraq ona rəsmi mənbələrin verdiyi məlumatı bəyan edir: “Bir fakt var ki, onu nəzərdən qaçırmaq olmaz. İnkar vəziyyətində yaşamaq mümkün deyil, biz bütün əmanətçilərə banklardan pul çıxarmaq imkanını aça bilmərik. Zərərlər dövlət, Livan Bankı, banklar və əmanətçilər arasında bölüşdürüləcək".
Xatırladaq ki, Livan dövlət borcları üzrə ilk defoltunu 2020-ci ilin martında elan etmişdi, o zaman dövlət ölkənin ÜDM-nin 170%-ni təşkil edən dövlət borcuna xidmət göstərə bilmədiyini və kreditorlara faiz ödəməkdən imtina etdiyini etiraf etmişdi.
Bildirilir ki, Livan hökumət borcunu restrukturizasiya etmək və yenidən maliyyələşdirmək istəyən yeni kreditorlar tapa bilməyib.
Qeyd edək ki, müflis elan edilməsi hökumətin və bankların əmanətçilərə əmanətləri qaytarmaqdan rəsmən imtina etməsi deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB