"Rusiya rusiyalı diplomatların Yunanıstandan çıxarılmasının cavabını verəcək" - Zaxarova

"Rusiya rusiyalı diplomatların Yunanıstandan çıxarılmasının cavabını verəcək" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya diplomatlarının Yunanıstandan çıxarılmasına Moskvanın cavab verəcəyini bildirib. SİA xəbər verir ki, Zaxarova bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.

Yunanıstan hakimiyyətinin bu qərarını şərh edərkən, XİN-in sözçüsü, "Rusiya müvafiq cavab verəcək" deyib.

Bundan əvvəl Yunanıstan Xarici İşlər Nazirliyi 12 rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlamışdı.

Aprelin 6-da Zaxarova bildirib ki, Qərb son onilliklərdə rus diplomatlarının ölkədən çıxarılmasından informasiya və siyasi hücum kimi istifadə etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə