Dövlət Dumasının spikeri Vyaçeslav Volodin LDPR lideri Vladimir Jirinovskinin vəfat etdiyini açıqlayıb. SİA xəbər verir ki, fevralın 2-dən siyasətçi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.
Dövlət Dumasının deputatları plenar iclasda Jirinovskinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vyaçeslav Volodin LDPR liderini “parlaq, istedadlı siyasətçi” adlandırıb. “Dünyanın necə işlədiyini dərindən dərk edən və çox şeyi qabaqcadan görən bir insan. Dövlət Dumasında LDPR fraksiyasının lideri. O, həmişə işlərin sıxlığında idi. Onun şəxsiyyəti o qədər irimiqyaslıdır ki, müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini onsuz təsəvvür etmək çətindir”, – spiker Telegram-da yazıb.
Martın ortalarında media Vladimir Jirinovskinin səhhətinin pisləşməsi barədə yazmışdı. Həkimlərin onu sepsis səbəbiylə yenidən tibbi səbəbli komaya saldıqları bildirilmişdi, lakin Liberal Demokrat Partiyası bunu təkzib edirdi. Martın 25-də senator Aleksandr Pronyuşkin siyasətçinin ölümünü elan etsə də, Liberal Demokrat Partiyası və Səhiyyə Nazirliyi bu məlumatı təsdiqləməmişdi. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər. Partiya yalan məlumat yayan bütün şəxslərlə bağlı Baş Prokurorluğa şikayət edəcəyinə söz vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB